Şamaxının icra başçısından və onun müavinindən prezidentə şikayət
25-03-2015, 13:20
Oxunub: 6 565
Sakinlər rayonun baxımsızlığından da narazılıq edirlər
Şamaxı sakinləri yerli məmurların əlindən dad deyir. Bu barədə DİA.AZ-a daxil olan müraciətdən anlaşılır. Redaksiyamıza yazan Şamaxı sakinləri bildirir ki, onlar prezident İlham Əliyevdən yardım istəyirlər. Buna səbəbsə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə icra başçısının müavini Qasım Qasımovun yarıtmaz fəaliyyəti, nəticədə yerli əhalinin zülm çəkməsidir.
Sakinlər yazır:
“Rayonun küçələri batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilməkdədir. Rayonun ən böyük küçələrindən olan Rəsulzadə, H.Ciddi, N.Nəcəfov, Qədirli, Bakı, H.Məmmədov, Gənclər, Əliyarbəyov, Axundov. C.Cabbarlı, Hadi və s. bu kimi onlarla küçələri sanki müharibə olmuş xarabalığı xatırladır”.
Daha sonra Şamaxı sakinləri dia.az vasitəsilə prezident İlham Əliyevə müraciət edirlər: “Xahiş edirik, bizi bu palçıqlı və xarabazara çevirilmiş küçələrdən və Qasımovdan qurtamamız üçün aidiyyatı orqanlara göstəriş vərəsiniz. Artiq bezmişik bu toz torpaqdan. Şamaxı heç vaxt belə biabır vəziyyətdə olmamışdır. Xahiş edirik kömək edin bizə”.
Qarşı tərəfi də dinləməyə hazırıq...
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər