"Samux batır… Bizi Alı Qocayevin əlindən xilas edin" - Şikayət var...
31-03-2015, 18:03
Oxunub: 4 152
Görülən bütün işlər, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır
Vertikal.az-a daxil olan şikayət məktubunu imzalayan bir qrup Samux sakini rayonun icra hakimiyyətinin başçısı Alı Qocayevdən narazılıq edirlər.
Müraciətdə bildirilir ki, Alı Qocayevin Samuxa icra başçısı təyin olunmasından sonra bu rayonun sahibkarlarının qara günlərinə də eyni vaxtda start verilib.
Narazı vətəndaşlar (Əlişir Nuriyev, Sahib Xəlilov, İlham Səfərov, Nadir Quliyev, Elşən Ramazanlı və daha 6 nəfər… -red) yazırlar ki, Alı Qocayev Samuxda həyata keçirilən bütün abadlıq işlərini yerli iş adamlarına həvalə edib: «Əvvəlki icra başçısının zamanında əgər, məsələn, büdcədən ayrılan vəsaitin yarısı mənimsənilirdisə, indi vəziyyət daha da acınacaqlıdır.
Görülən bütün işlər, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır».
Artıq Alı Qocayevin əlindən zara gəldiklərini deyən sahibkarlar bildirir ki, Samuxda bu səbəbdən iş görən adam, iş adamı qalmayıb: «Samux Asfalt Beton zavodu fəaliyyətini bu kimi olaylara görə dayandırdı. Zavodun rəhbəri başını götürüb qaçmaq zorunda qaldı. Bu gün Samux rayon mərkəzində fəaliyyət göstərən onlarla obyektin rəhbəri də iş yerini bağlamaq zorunda qalıb. Çünki başçının tələblərini yerinə yetirmək üçün onların fəaliyyətləri yetərli olmur.
Nə qədər pul qazanmalıyıq ki, həm təsərrüfatımızı idarə edək, həm də Alı Qocayevin xərclərini ödəyək:
Ona görə də bu gün Samuxda böyük bir təhlükə gözlənilir: İŞSİZLİK… Bəlkə də Alı Qocayev bunun fərqində deyil. Amma bunun bəlası ümumrespublika səviyyəsində özünü mütləq göstərəcək.
Biz, müraciətimizin işıqlandırılmasını istəyirik. Samux batır… Bizi Alı Qocayevin əlindən xilas edin»…
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər