BolgeXeber.Com » Bölgə » Hacıqabullu rəssam Mehman Zahidovun rəsm sərgisi açılıb-FOTOLAR

Hacıqabullu rəssam Mehman Zahidovun rəsm sərgisi açılıb-FOTOLAR

3-04-2015, 16:24
Oxunub: 4 132 Hacıqabullu rəssam Mehman Zahidovun rəsm sərgisi açılıb-FOTOLAR31 mart 2015-ci il tarixdə Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyində peşəkar rəssam Mehman Sədyar oğlu Zahidovun fərdi sərgisi açılmışdır

Sərgidə 150-yə yaxın rəsm əsəri nümayiş olunmuşdur. Rəsmlər natürmort, mənzərə, kompozisiya və portret janrlarında olmaqla sulu boya (akvarel) ilə çəkilmişdir.
Sərgidə Hacıqabul şəhər orta məktəblilərinin şagird və müəllimləri, eləcə də rayon ərazisində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun və rayon Heydər Əliyev Mərkəzinin kollektivi iştirak etmişlər.
Həmin tarixdən etibarən sərgi təqribən bir ay müddətində bütün tamaşaçılar üçün açıqdır.
1954-cü il təvəllüdlü Mehman Zahidov 1973-80-ci illərdə Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır.
Hazırda muzeyin fondunda peşəkar rəssam Mehman Zahidovun 1000-ə yaxın rəsm əsəri qorunub saxlanılır.

BOLGEXEBER.COM