BolgeXeber.Com » Bölgə » Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilib

Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilib

6-04-2015, 16:33
Oxunub: 5 014 Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilibBərdə rayonunda “Şahin ” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilmişdir.

Aprelin 4-də Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı Bərdə şəhər tam orta məktəbin idman meydançasında Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin ” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilmişdir. Tədbirin açılışında Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, baş məsləhətçi Aydın Qasımov , Təhsil şöbəsinin metodisti İsa Abbasov, H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin direktoru Teymur Həmidov çıxış etmişlər.

Finalda zona mərhələsinin qalibi olmuş 6 komanda iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçirilən bu yarışda daha güclü olan H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin komandası 1-ci yeri, Yasəf Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandası 2-ci yeri, N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin komandası 3-cü yeri tutmuşlar.
Qaliblər Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar. 1-ci yeri tutmuş H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin komandası bu yaxınlarda Goranboy rayonunda keçiriləcək Respublika birinciliyinin zona mərhələsində iştirak etmə hüququ qazanmışdır.
Bolgexeber.com
Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilib
Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilib
Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilib
Bərdədə “Şahin ” hərbi-idman oyununun final mərhələsi keçirilib