BolgeXeber.Com » Bölgə » Lənkəranda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” uğurla yerinə yetirilir-FOTO

Lənkəranda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” uğurla yerinə yetirilir-FOTO

10-04-2015, 14:06
Oxunub: 3 699 Lənkəranda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” uğurla  yerinə yetirilir-FOTOYaşıllaşdırma marafonunda indiyədək 27 mindən çox dəmirağacı, palıd, sərv, eldar şamı, çinar, palma, sitrus, akasiya və s. ağac növləri əkilmişdir

Lənkəran rayonu Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna birincilər cərgəsində qoşulmuş və bu nəcib təşəbbüsə dəstək olaraq hələ ötən il rayonda 10 mindən çox ağac əkilmiş, becərmə və suvarma tədbirləri həyata keçirilmişdir.
Eyni zamanda, İDEA İctimai Birliyinin yaz mövsümü ilə əlaqədar keçirdiyi “Ümumrespublika Yaşıllaşdırma” marafonunun ikinci mərhələsi Lənkəranda da uğurla icra edilir. Bu marafon çərçivəsində 35 mindən çox ağac əkilməsi nəzərdə tutulmuşdur. Havaların bəzən əlverişsiz keçməsinə baxmayaraq, bütün rayon ərazisində kütləvi ağac əkini keçirilir.
Yaşıllaşdırma marafonunda indiyədək 27 mindən çox dəmirağacı, palıd, sərv, eldar şamı, çinar, palma, sitrus, akasiya və s. ağac növləri əkilmişdir.
Aksiyada İcra Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri, inzibati ərazi dairələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.
Lənkəranda Yaşıllaşdırma marafonu davam edir.
BOLGEXEBER.COM