BolgeXeber.Com » Bölgə » Tərtərin Dəmirçilər kəndində növbəti səyyar qəbul keçirilib-FOTO

Tərtərin Dəmirçilər kəndində növbəti səyyar qəbul keçirilib-FOTO

10-04-2015, 19:21
Oxunub: 2 386 Tərtərin Dəmirçilər kəndində növbəti səyyar qəbul keçirilib-FOTOProblemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli bir iş üsuludur

Bu, problemi dərindən və ətraflı öyrənməyə, həm də onun operativ, yerindəcə həll olunmasına kömək edir.

Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fəaliyyətə başladığı ilk gündən şəhər və kəndlərdə əhali ilə səyyar qəbul-görüşlər keçirir. Keçirilən qəbul-görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verir. Belə görüşlərdən biri də aprelin 10-da rayonun təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində keçirilmişdir. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədirləri, KİV-nin nümayəndələri iştirak etmişlər.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digərlər məsələlər isə həl edilməsi üçün aidiyyəti qrumların rəhbərlərinə tapşırılmışdır

Görüş iştirakçıları torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuş, xatirələrini yad etmişlər.

Əvvəlcə Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zəqəm Ağayev məlumat verərək bildirmişdir ki, Dəmirçilər kənd İƏD üzrə nümayəndəlik iki kəndi, Dəmirçilər və Təzəkənd kəndlərinin əhatə edir. 510 təsərrüfatı, 1365 hektar ərazisi olan İƏD üzrə nümayəndəlikdə 2141 nəfər əhali yaşayır. Kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Son illər kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülmüşdür. Belə ki, 13 km uzunluğu olan 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yoluna asfalt örtüyünün salınması, 2,5 km məsafədə 41 ədəd müasir gecə işıqlandırma sistemlərin quraşdırılması, müasir EATS-in tikilərək kəndin telofonlaşdırılmasının başa çatdırılması, kənd sakinlərinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə verilməsi, kəndlərin fasiləsiz olaraq elektirik enerjisi ilə təmin olunmasından danışmaqla yanaşı əhalini narahat edən məsələlər və problemlər barədə də ətraflı məlumat vermişdir.

Sonra çıxışlar oldu. Çıxış edən kənd sakinlərindən Fazil Rəhimov, Rəhman Tahirov, Sənəm Hüseynova, Əjdər Həsənov, Ramidə Bəylərova, Şəlalə Quluyeva, Oktay Məmmədov, Razim Əliyev, Mübariz Əhmədov və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, Dəmirçilər kənd tam orta məktəbinin və mədəniyyət evinin əsaslı təmir olunmasına, körpələr-evi uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac var.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından söz açmışdır. İcra başçısı daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digərlər məsələlər isə həl edilməsi üçün aidiyyəti qrumların rəhbərlərinə tapşırılmışdır.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
BOLGEXEBER.COM
Tərtərin Dəmirçilər kəndində növbəti səyyar qəbul keçirilib-FOTO
Tərtərin Dəmirçilər kəndində növbəti səyyar qəbul keçirilib-FOTO