BolgeXeber.Com » Bölgə » Ağdaş sakinləri dövlətin ayırdığı pulların xərclənməsinə şübhə edir - VİDEOİTTİHAM

Ağdaş sakinləri dövlətin ayırdığı pulların xərclənməsinə şübhə edir - VİDEOİTTİHAM

13-04-2015, 18:31
Oxunub: 2 824 Ağdaş sakinləri dövlətin ayırdığı pulların xərclənməsinə şübhə edir - VİDEOİTTİHAMTeref.infonun poçtuna Ağdaş sakinlərindən şikayət daxil olub. Bu şikayətin nöqtə-vergülünə əl vurmadan oxuculara təqdim edirik:
"Hörmətli redaksiya bu görüntülər Ağdaş rayonunda çəkilib. Ağdaş rayonu Heydər Əliyev prospektinin bu gunə olan vəziyyətidir. Biz başa düsmürük, icra başçısı Tofiq İbrahimov ve "Azərsu" ASC-nin Ağdaş rayon idarəsinin sədri hara baxir. Ölkə prezidenti tərəfindən Ağdaş rayonunun abadlaşdırılması üçün pulllar ayrılsa da, icra hakimiyyətinin başçısı Tofiq İbrahimov yalnız muəyyən yerlərə “bəzək-duzək” vurmaqla göz aldadıb. Biz bir neçə dəfə muəyyən qurumlara şikayət etsək də, şikayətimiz cavabsız qalib. Ümumilıkdə Ağdaş rayonunda çox problemlər var.

Səhiyyə, təhsil, tikinti sahələrində çox problemlər var. Təhsil şöbəsinin müdiri Lütfi müəllim və icra başçısı Tofiq İbrahimovun bir çox qanunsuz əməlləri
haqqında yazmaq olar. Lakin mətbuatda artıq bu haqda məlumatlar gedib. Ve nəyahət bu hadisə bardaği daşdıran son damla oldu və bu videonu çəkmək məcburiyyətində qaldıq.

Ağdaş rayonu Heydər Əliyev prospektinde yerlesen Dövlet Sosial Müdafiə fondunun qarşısından bazarın qarşısına kimi prospekt boyunca asfalt örtüyünün üzəri ilə axıb gələn çirkab suyu Ağdas rayonunun bazarının qarşısında yığılıb qalır. Biz bir neçə dəfə "Azərsu" ASC-yə buradakı vəziyyət haqqinda bildirsək də, heç bir iş görülməyib.

Ağdaş sakinləri olaraq sizə səslənirik, bu hadisəni işıqlandirin ki, bəlkə yuxarı inistansiyalardan kimsə rayona ayrılan milyonların hara xərcləndiyi barədə icra başçısından soruşsun. Bu yolların vəziyyətini siz özünüz bu videoda görəcəksiniz. Bu yollar milyonlara başa gəlmiş yollara oxşayırmı? Bu sular isə olan qalan yolu da bərbad vəziyyətə qoyur."