BolgeXeber.Com » Bölgə » Tərtərdə yaşıllaşdırma marafonu uğurla davam edir

Tərtərdə yaşıllaşdırma marafonu uğurla davam edir

15-04-2015, 16:17
Oxunub: 4 118 Tərtərdə yaşıllaşdırma marafonu uğurla davam edirIDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Umumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası uğurla davam etdirilir

Aksiyada başda rayon icra hakimiyyətinin kollektivi olmaqla bütün idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak edirlər. Bu günədək rayonda “Umumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində 10 minə yaxın ağac əkilmişdir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə insanlar arasında ekoloji mədəniyyətə və təbiətə qayğı hissinin güclənməsinə bir töhfədir.

Aprelin 15-də rayon icra hakimiyyəti, YAP Tərtər rayon Təşkilatı Gənclər Birliyi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasında YAP rayon təşkilatının sədri Ramiz Şabanov, rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov, YAP Gənclər Birliyinin sədri Emin Pənahov, müavini Anar Rüstəmov, ümumilikdə, 200 nəfər gənc iştirak etmişdir.

Tərtər-Gəncə avtomobil yolu istiqamətində həyata keçirilən marafon çərçivəsində yol kənarına 700 ədəd şərq çinarı, şam, ərik ağacları əkilmişdir.

Rayonda ekoloji mühitin yaxşılaşdırılması və yaşıllığın artırılması məqsədilə marafonun aprel ayının sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Bolgexeber.com
Tərtərdə yaşıllaşdırma marafonu uğurla davam edir