BolgeXeber.Com » Bölgə » Bərdədə 15 aprel Beynəlxalq Ekoloji Bilik Günü münasibətilə tədbir keçirilmişdir

Bərdədə 15 aprel Beynəlxalq Ekoloji Bilik Günü münasibətilə tədbir keçirilmişdir

15-04-2015, 18:29
Oxunub: 4 396 Bərdədə 15 aprel Beynəlxalq Ekoloji Bilik Günü münasibətilə tədbir keçirilmişdir Bolgexeber.com bildirir ki,15 aprel 2015- ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsinin , YAP Bərdə rayon təşkilatı Gənclər birliyinin və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbə gənclər təşkilatının birgə təşkilatçılğı ilə “15 aprel Beynəlxalq Ekoloji Bilik Günü” münasibətilə tədbir keçirilmişdir. Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev mövzu ilə əlaqədar məruzə edərək, regional və qlobal problemlərdən, onların həlli yollarından, bu sahədə aparılan elmi araşdırmalardan və onların nəticələrindən danışdı.
Tədbirə təhsil müəssisələrindən yeniyetmə və gənclər dəvət olunmuşdur. Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, baş məsləhətçi Aydın Qasımov, YAP Bərdə rayon təşkilatı Gənclər birliyinin sədir müavini Rauf Rzayev, təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək ekologiyanın qorunmasında hər bir azərbaycanlının və xüsusəndə gənclərin vətəndaşlıq borcu olduğunu bildirdilər.
Bundan başqa bu tipli tədbirlərin orta məktəblərdə keçirilməsi nəzərdə tutulur.
Bərdədə 15 aprel Beynəlxalq Ekoloji Bilik Günü münasibətilə tədbir keçirilmişdir
Bərdədə 15 aprel Beynəlxalq Ekoloji Bilik Günü münasibətilə tədbir keçirilmişdir
Bərdədə 15 aprel Beynəlxalq Ekoloji Bilik Günü münasibətilə tədbir keçirilmişdir