Tərtərdə şahmat turniri keçirilmişdir-FOTO
16-04-2015, 20:12
Oxunub: 3 606
Qaliblərə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Şöbəsi tərəfindən Fəxri Fərman və pul mükafatları verilmişdir
Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünün keçirilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısının tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Belə tədbirlərdən biri Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Şöbəsinin Gənclər və İdman İdarəsi ilə birlikdə Gənclər Mərkəzində 18 nəfər Həmikarlar İttifaqının üzvlərinin iştirakı ilə keçirilən şahmat turniridir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yarış iştirakçılarını salamlamlayaraq onlara uğurlar arzulamışdır.
Yarışda birinci yeri Borsunlu kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi Atabəy Əzizbəyli, ikinci yeri rayon Təhsil şöbəsinin idman üzrə metodisti Yaşar Məmmədov, üçüncü yeri isə Kommunal Təsərrüfat İdarəsinin mühəndisi Adil Əhmədov qazanmışdır.
Sonda qaliblərə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Tərtər Rayon Şöbəsi tərəfindən Fəxri Fərman və pul mükafatları verilmişdir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər