BolgeXeber.Com » Bölgə » Bərdədə “ I Avropa Oyunları- Bakı 2015” mövzusunda tədbir keçirilib

Bərdədə “ I Avropa Oyunları- Bakı 2015” mövzusunda tədbir keçirilib

22-04-2015, 18:05
Oxunub: 4 174 Bərdədə “ I Avropa Oyunları- Bakı 2015” mövzusunda tədbir keçirilibAprelin 22-də Bərdə rayon Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin, Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə “ I Avropa Oyunları- Bakı 2015” mövzusunda tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq avropa tarixində ilk dəfə olaraq keçiriləcək bu Oyunların təşkil edilməsinin Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə və əldə edilmiş nailiyətlərə verilən yüksək qiymət olduğunu bildirmişdir. Daha sonra A.Qasımov may ayında Bərdə şəhərində keçiriləcək Məşəl festivalına hazırlıq barədə gəncləri məlumatlandırmışdır.

Tədbirdə Mərkəzi kitabxananın böyük kitabxanaçısı Mətanət Əkbərova , Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev, kollecin tələbə gənclər təşkilatının sədri Sənan Təhməzzadə, Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Yusif Musayev, 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova çıxış etmişlər.

Sonda Gənclər və İdman idarəsinin nümayəndələri gəcləri maraqlandıran sualları geniş və ətraflı cavablandırmış və festivalın keçirilməsində gənclərə daha fəal olmağı tövsiyyə etmişlər.
Bolgexeber.com