BolgeXeber.Com » Bölgə » Lütfəli Babayevin adı «qara siyahı» da İLGİNC

Lütfəli Babayevin adı «qara siyahı» da İLGİNC

24-04-2015, 09:28
Oxunub: 3 000 Lütfəli Babayevin adı «qara siyahı» da İLGİNCKeçirilmiş sorğuların sonucu olaraq da Zərdabın icra başçısından şikayətçi olanların sayı kifayət qədər çox olub.

Zərdabın icra başçısı barəsində ən çox ictimai və media müstəvisində şikayət edilən başçılardan biri, bəlkə də birincisidir. Təkcə sosial şəbəkələrdə, atarış resurslarında Zərdabın icra başçısının adı ilə bağlı demək olar ki, ilin 12 ayının hər ayında ölkə çapında səs-küəyə səbəb olan bir insident dosyesi var. Gundeminfo.az-a məlumat verən mənbə bildirir ki, Şeyx Allahşükür Paşazadənin yaxın adamı kimi tanınan Lütfəli Babayevin yaxın günlərdə işdən çıxarılması barədə qərar veriləcək. Məlumata əsasən artıq Zərdab rayonundan mətbuata çıxmayan, dövlət başçısına ünvanlanmış şikayətlərin də sayı kifayət qədər çoxalıb. Hətta bu barədə saytımıza bilgi verən mənbə bildirir ki, hakimiyyətin sifarişi ilə qarşıdan gələn parlament seçkiləri ilə bağlı olaraq gizli sosial sorğu sifarişləri də edilib. Keçirilmiş sorğuların sonucu olaraq da Zərdabın icra başçısından şikayətçi olanların sayı kifayət qədər çox olub. Müvafiq olaraq statistik göstəricilər də icra başçısının ictimayyətin ən çox narazı qaldığı dövlət məmuru «titulunu» almasına səbəb olub.
Mənbənin verdiyi məlumata əsasən Hesablama Palatasının da 2014-cü ilin sonu ilə bağlı büdcə vəsaitlərinin istifadəsinə dair audit yoxlamaları demək olar ki, neqativ məqamlar ortaya çıxıb. Sonuncu dəfə isə Lütfəli Babayevin birinci müavini Allahverdi Səfərovun oğlunun xuliqanlığına görə işdən azad edilməsindən sonra başçının dəyişdirilməsi məsələsi bir qədər də qətiləşib.

BOLGEXEBER.COM