İcra başçısından bahalı alış-veriş...
24-04-2015, 19:39
Oxunub: 3 602
Məmur övladları ilə bağlı sərt cəza tədbirlərinin görülməsinə, məsələyə hətta ölkə prezidenti səviyyəsində sərt reaksiyalar verilməsinə baxmayaraq bu sahədə hər şeyin qaydasına düşdüyünü iddia etmək olmaz. Əlində olan səlahiyyətlərdən sui-istifadə edərək övladları üçün komfort şərait yaradan, onlara bahalı mülk və maşınlar hədiyyə edən belə məmurlar sırasına Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev də qoşulub.
Xeber-xetti.com-a mötəbər mənbədən daxil olan məlumata görə Vaqif Abdullayev oğluna “Bugatti” markalı yeni maşın hədiyyə edib. Həmin avtomobilin 280 min manata alındığını bildirən mənbəmiz icra başçısının oğluna həmin maşınla bağlı qəribə qadağa qoyduğunu da açıqladı: “280 min manata alınmış həmin avtomobil Vaqif Abdullayevin oğlunun Bakıdakı qarajında saxlanılır. İcra başçısı oğluna qəti şəkildə tapşırıb ki, maşını yalnız gecələr sürsün, gündüzlər isə qarajdan çölə çıxartmasın. İcra başçısının oğluna tətbiq etdiyi bu qadağanı onun “dil-ağıza düşməmək” tədbiri kimi dəyərləndirilə bilər”.
Məlumat üçün bildirək ki, prezident İlham Əliyev çıxışlarında dəfələrlə nazir-məmur və onların qudurğan övladlarına hiddətlənərək, xəbərdarlıq edib. Bu baxımdan prezidentin məmur övladları ilə bağlı səsləndirdiyi, Vaqif Abdullayev kimi məmurların isə deyəsən, unutduğu məşhur çıxışdan bir hissəni təqdim edirik:
"Onların güvəndiyi adamları mən təyin etmişəm, lazım bildikdə isə mən də işdən çıxaracağam. Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, o adam həbs ediləcək, atası işdən qovulacaq".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər