Bakıda baş verən yanğın Şamaxıda da təkrarlana bilər-İDDİA
21-05-2015, 09:24
Oxunub: 3 589
«Ona görə də, tələb edirik ki, təcili olaraq bu üzlüklər sökülsün»
Dünən Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli yanğın hadisəsindən sonra digər rayonlarda yaşayan vətəndaşlar da təlaş keçirməyə başlayıblar. JAM.AZ xəbər verir ki, 19 nəfərin öldüyü və 63 nəfərin yaralandığı yanğından sonra ilk etiraza qalxan Şamaxı camaatı olub.
Belə ki, rayon sakinləri Şamaxıda da xeyli sayda binanın məhz yanğın baş vermiş tikilidəki kimi yanğına həssas üzlüklə üzləndiyini bildirirlər. Onlar qeyd edirlər ki, şəhərdəki binaların belə üzlüklərlə üzlənməsi yanın təhlükəsini artırır və insanlar bundan ciddi şəkildə narahatdırlar.
Jam.az-a müraciət edənlər bildirirlər ki, artıq Şamaxıda insanlar bu üzlüklərin dəyişdirilməsini tələb edirlər. Və yanğın üçün əsas verəcək binaların siyahısını da redaksiyamıza təqdim ediblər. Onlar aşağıdakılardır:
- Gənclər küçəsindəki 5 mərtəbəli bina;
- Gənclər küçəsində əlillər üçün inşa edilmiş 3 mərtəbəli bina;
- Şirvan küçəsi 1 ünvanındakı 5 mərtəbəli bina;
- Şirvan küçəsi 3 ünvanında yerləşən kitabxananın binası;
- Şirvan küçəsi 4 ünvanındakı Avropa Litseyinin binası;
- Şirvan küçəsi 5 ünvanındakı 5 mərtəbəli bina;
- Şirvan küçəsi 11 və 13 ünvanlarında yerləşən 5 mərtəbəli binalar;
- Uşaq İncəsənət Məktəbinin binası.
Müraciət edən Şamaxı əhli vurğulayıb ki, belə binaların sayı çoxdur və onların təhlükə mənbəyi olduğu sirr deyil. «Ona görə də, tələb edirik ki, təcili olaraq bu üzlüklər sökülsün».
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər