BolgeXeber.Com » Bölgə » Bərdədə “28 may Respublika günü” münasibətilə tədbir keçirilib-FOTO

Bərdədə “28 may Respublika günü” münasibətilə tədbir keçirilib-FOTO

26-05-2015, 17:47
Oxunub: 3 459 Bərdədə “28 may Respublika günü” münasibətilə tədbir keçirilib-FOTOMayın 26-da Bərdə rayon Heydər Əliyev mərkəzində Gənclər və İdman idarəsinin və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə “28 may Respublika günü” münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik etdi. Sonra o, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikası haqqında danışdı.

Daha sonra Bərdə rayon Dövlət idarəetmə və texnologiya kollecinin müəllimi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Xosrov Musayev, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin tarix fənni üzrə müəllim Elgün Qocamanov və fəal gənc Pərvin Qasımov çıxış etmişlər.

Sonda rayonun ictimai- siyasi həyatında fərqlənmiş bir qrup gənci Gənclər və İdman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırmışlar.
BOLGEXEBER.COM