BolgeXeber.Com » Bölgə » Samuxun İcra Hakimiyyətindən şikayət var

Samuxun İcra Hakimiyyətindən şikayət var

25-07-2015, 16:33
Oxunub: 4 007 Samuxun İcra Hakimiyyətindən şikayət var"Suvarma sistemləri idarəsinin müdiri Gülağa Bağırovun ətrafına yığdığı qohumlarının yarıtmaz fəaliyyətləri ilə məni və mənim kimi kənd sakinlərinin şikayətlərinə baxmaq belə istəmirlər"

Samux rayon Sərkar kənd sakini Bağırov Əli Yolçu oğlunun narazılığı bu gün bir çox fermerlər üçün aktual olan problemdəndir. Belə ki, yerlərdə xırda məmurların yaratdığı süni əngəl fermerləri nəhayətdə şikayətçi düşməyə vadar edir. Belə bir müraciətin müəllifi olan Şəçkir rayon Sərkar kənd sakini Əli Bağırov dia.az-a yazır:

"Min bir əziyyətlə becərdiyim günəbaxan sahəsi suvarma suyu yoxluğundan yanıb külə dönür. Dəfələrlə suvarma sistemləri idarəsində işləyən və bu işə birbaşa cavabdeh olan məmurlara xəbərdarlıq etməyimə baxmayaraq hələ də məsələ öz həllini tapmayıb.

Suvarma sistemləri idarəsinin müdiri Gülağa Bağırovun ətrafına yığdığı qohumlarının yarıtmaz fəaliyyətləri ilə məni və mənim kimi kənd sakinlərinin şikayətlərinə baxmaq belə istəmirlər.

Xahiş edirəm ki mənim bu haqq səsimin yuxarı orqanlara çatdırmaqda mənə lazımi köməklik göstərəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...