BolgeXeber.Com » Bölgə » Tovuzda korrupsiya qalmaqalı: Nazirlik komissiya göndərib?

Tovuzda korrupsiya qalmaqalı: Nazirlik komissiya göndərib?

30-07-2015, 10:16
Oxunub: 2 907 Tovuzda korrupsiya qalmaqalı: Nazirlik komissiya göndərib?Tovuz rayon Maliyyə İdarəsində yoxlamalara start verilib

Rayondan JAM.Az-a daxil olan məlumata görə, rayon Maliyyə İdarəsində ciddi korrupsiya və rüşvətxorluq faktlarının olduğu iddia olunur.

Mənbə bildirib ki, hələlik yoxlamaların aparıldığı gizli saxlanılır. Rayon rəhbərliyi bütün hallarda yoxlamaların ictimailəşməməsində maraqlıdır. Amma çoxları artıq rayonda bu haqda məlumatlıdırlar.

Onun sözlərinə görə, yoxlamanın hansı qurum tərəfindən aparıldığı da açıqlanmır. Ancaq ehtimal olunur ki, komissiya Maliyyə Nazirliyi tərəfindən göndərilib.

Məsələ ilə bağlı sözügedən idarə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir məlumat ala bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com