BolgeXeber.Com » Bölgə » Şəkidə məişət tullantıları problemə çevrilib-Şəhəri zibilliyə çeviriblər - FOTOLAR
Şəkidə məişət tullantıları problemə çevrilib-Şəhəri zibilliyə çeviriblər - FOTOLAR
30-07-2015, 12:14
Oxunub: 5 151
Sakinlər və turistlər dəfələrlə bu məsələni ictimailəşdirsələr də, İcra Hakimiyyəti və şəhər Kommunal Təsərrüfat Birliyi bu problemin həllində maraqlı görünmür
Şəkidən Arqument.Az-a verilən məlumata görə, yay aylarında kəskin qoxu yarandığından zibillər sakinlər tərəfindən küçələrdə qapıların qarşısına yığılır. Yalnız həftədə bir dəfə küçələrə gələn zibil avtomobilləri vasitəsi ilə yığılır.
Bu da turist bölgəsi kimi əhəmiyyətli bir rayon üçün çox pis haldır. Təssəvvür edin ki, turistlər küçələrdən keçərkən onları pis qoxular qarşılayır. Bu da Şəki kimi qədim və gözəl şəhər haqqında mənfi imicin formalaşmasına rəvac verir.
Bununla yanaşı, zibillərin günlərlə isti havada küçələrdə qalması anti-sanitariya şəraitinin yaranmasına gətirib çıxarır.
Sakinlər və turistlər dəfələrlə bu məsələni ictimailəşdirsələr də, İcra Hakimiyyəti və şəhər Kommunal Təsərrüfat Birliyi bu problemin həllində maraqlı görünmür. Küçələrdə zibil qutuların qoyulması istiqamətində heç bir addım atılmır.
Daha doğrusu, İcra hakimiyyəti şikayətlərə baxmır, əksinə şikayət edənləri müxtəlif yollarla susdurmağa çalışır.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər