BolgeXeber.Com » Bölgə » Azər Kərimli rəqibinin arxasınca görün nələr danışdı... VİDEO

Azər Kərimli rəqibinin arxasınca görün nələr danışdı... VİDEO

30-10-2015, 13:53
Oxunub: 4 109 Azər Kərimli rəqibinin arxasınca görün nələr danışdı... VİDEOSon günlər mətbuatda daha çox danışılan Qax rayonunda növbəti biabırçı hadisə baş verib

Belə ki, gərgin seçki kampaniyasının getdiyi Qaxda əsas iki namizəd – hazırkı deputat Azər Kərimli ilə hüquq müdafiəçisi Əhməd Şahidov arasında qızğın mübarizə getməkdədir.
Bu seçkidə şansları sıfıra yaxınlaşan deputat Azər Kərimli artıq uduzduğunu bildiyindən rəqibinə qarşı açıq qeybət etməyə başlayıb. Ötən gün Qaratala kəndində sakinlərlə görüşdə yenə də rəqibi barədə danışan Azər Kərimlini yerli sakinlərdən biri gizlicə telefona çəkib. Redaksiyamıza göndərilən həmin video çəkilişdə deputat Azər Kərimlinin rəqibi barədə söylədikləri öz əksini tapır.
Təəssüf hissi ilə bildirək ki, 15 ildir Milli Məclisin üzvü olan bir şəxs platformasını izah etmək əvəzinə rəqibi barədə qeybət edib. Hətta Azər Kərimli rəqibi barədə danışarkən Əhməd Şahidovun bir vaxtlar Milli Məclisdə deputat Gülər Əhmədovanın köməkçisi işlədiyini deyir və bunu mənfi hal kimi dəyərləndirir.
Deyəsən, Azər Kərimli unudur ki, deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının funksionerlərindən olub. Həm də deputatın hər hansı fəaliyyətinə görə onun köməkçisini tənqid etmək hansı məntiqə sığır?!
Sonda xatırladaq ki, Yeni Azərbaycan Partiyasının sədri ölkə başçısı İlham Əliyevdir. Kimin hansı səviyyədə təbliğat apardığına şahid olmaq üçün aşağıdakı videoya baxmaq kifayət erdir.