BolgeXeber.Com » Bölgə » "Azərboru"da fəhlə üsyanı böyüyür - ŞİKAYƏT

"Azərboru"da fəhlə üsyanı böyüyür - ŞİKAYƏT

20-11-2015, 12:21
Oxunub: 3 345 "Azərboru"da fəhlə üsyanı böyüyür - ŞİKAYƏT"Azərboru"da fəhlə üsyanı böyüyür

ASC-nin işçiləri hələ də maaşlarını ala bilmirlər. Sumqayıtdakı "Azərboru" SC-nin işçiləri dia.az-a bildiriblərr ki, aylardır əmək haqqıları ödənilmir. Bununla bağlı dəfələrlə rəhbərliyə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. İşçilər söyləyiblər ki, yeganə yol etiraz askiyalarıdır.
Daha əvvəl də “Azərboru” ASC fəhlələri TİA.AZ vasitəsi ilə prezidentə müraciət edib. Narazı fəhlələr qeyd edirlər ki, üç aydır maaşlar verilmir.

Şikayət məktubunda deyilir ki, “Baku Steel Company” şirkəti sahib olduğu Sumqayıtdakı “Azərboru” ASC fəhlələrinə əmək haqlarını ödəmir: “Zavodumuza Baku Steel Company sahiblənən gündən maddi durumumuz yox dərəcəsinə düşüb.
Azərbaycanda metallurgiya sahəsində kriminal imic qazanıb, bütün rəqiblərini bazardan çıxaran Baku Steel Company şirkətinin Azərboru ASC fəhlələrinin avqust, sentyabr, oktyabr maaşlarını verməyə pulu yoxdur?”

Şikayətçilər bildirirlər ki, ödəniləcək məbləğ də o qədər böyük deyil: “67 faizlə ödəniş edəndə hər fəhlənin bir ayına 170 manat pul düşür. Çox xahiş edirik, bizə kömək edin”.
Bolgexeber.com