BolgeXeber.Com » Bölgə » Fazil Məmmədovun adamı Ağdamda sahibkarlara göz verir işıq vermir..

Fazil Məmmədovun adamı Ağdamda sahibkarlara göz verir işıq vermir..

14-04-2016, 13:24
Oxunub: 3 446 Fazil Məmmədovun adamı Ağdamda sahibkarlara göz verir işıq vermir.. Bu günlərdə daxil olan məlumatlarda Bərdə şəhərində yerləşən Ağdam Rayon Vergi şöbəsinin rəisi, vergi xidməti müşaviri Valeh Qasımovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir

Təqdim olunan məlumata görə, Agdam və onun ətrafında özəl biznes sahəsində çalışan sahibkarlardan mütəmadi olaraq əlavə aylıq haqq tələb olunur. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: “Şöbənin işçiləri, rəis Valeh müəllimin göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Valeh Qasımovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə Ağdam Vergilər Şöbəsinin rəhbərliyinə vermişik. Ətraf rayonlardan Bərdəyə, Ağdam Vergi şöbəsinə gələn şikayətçilərin isə, ümumiyyətlə sözlərini eşidən yoxdur. Onların bildirdiyinə görə, idarə rəhbərliyi bu kiçik sahibkarları qəbul etməkdən belə imtina edir”. Həmçinin redaksiyamıza daxil olmuş digər bir məlumat da diqqəti cəlb edir: “Əslində Valeh Qasımov bu gün də öz “payını” yığmaqdan vaz keçməyib. İndinin özündə də kiçik ticarətlə məşğul olan fziiki şəxslər şöbəyə çağırılaraq onlardan pul tələb olunur, alınmayanda isə, büdcə kəsiri bəhanəsilə haqq ödəmələrində israr edirlər. Söz-söhbət gəzir ki, şöbə rəisi keçən il də büdcəyə ödənilməsi bəhanəsilə yığılan pulların bir hissəsini mənimsəyib. Nəticədə doğrudan da büdcə kəsiri yaranıb, ona görə fiziki şəxslərdən yenidən pul tələb olunur, verilməyəndə cərimələnirlər. Bu özbaşınalığı isə, rəisin yaxın adamı hesab olunan məmurlar reallaşdırırlar. Hətta şöbə rəisi o qədər həddini aşıb ki, bəzi istehsal müəssisələrinə, fəaliyyətini dayandırmış ticarət obyektlərinə xüsusi qərarla müfəttişlər yollayaraq pul tələb etdirir...”
Eyni zamanda da, bizimdovr.az-a daxil olan məlumatlarda Valeh Qasımovun azad rəqabət mühitinin boğulmasında hansı səbəbdən bu qədər maraqlı olduğuna aydınlıq gətirilir. Məlumatı təqdim edən mənbə öz öz açıqlamasında yaranmış vəziyyəti belə təsvir edir: “Valeh Qasımov özü hal-hazırda Qarabağ bölgəsinin ən “uğurlu” sahibkarlarından biridir. Belə ki, bu məmurun Bərdədə, Ağdamda, Tərtərdə və ətraf ərazilərdə tikinti materialları mağazaları, ferması və restoranı fəaliyyət göstərir. Buna görə də, eyni profilli fəaliyyət növü ilə məşğul olan bütün digər sahibkarlar Valeh Qasımovun sərt təpgisi ilə üz-üzə qalırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmur isə, həmin iş adamlarının biznesini çökdürmək üçün bütün vasitələrə əl atır...”
Beləliklə, bu gün Ağdamdan daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, dövlət başçısı İlham Əliyevin ölkədə azad sahibkarlığın inkişafı yolunda yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə verdiyi göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası bu bölgədə hələ də bir çox məmurlar tərəfindən məqsədyönlü şəkildə əngəllənməkdəir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bizimdovr.az