BolgeXeber.Com » Bölgə » “Debat” intelektual oyunun hazırlıq mərhələsi ilə bağlı tədbir keçirilib-HACIQABULDA
“Debat” intelektual oyunun hazırlıq mərhələsi ilə bağlı tədbir keçirilib-HACIQABULDA
15-04-2016, 14:09
Oxunub: 3 946
14.04.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Debat” intelektual oyununun hazırlıq mərhələsi ilə bağlı tədbir keçirildi
Tədbir Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən Hacıqabul rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” nun təşkilatçılığı ilə keçirildi.
Oyunun keçirilməsində əsas məqsəd İntellektual, məntiqli, kreativ məktəblilərin üzə çıxarılması, məktəblilərdə natiqlik, şəxsi inkişaf, həyata baxış səviyyəsinin yüksəldilməsi, bədii ədəbiyyata, mütaliəyə həvəs oyatmaq, tənqidi yanaşma qabiliyyətini formalaşdırmaqdır.
Oyunun təşəbbüsçüsü və sədri Padar qəsəbə tam orta məktəbinin riyaziyyat müəllimi Məmmədov Niyaməddin “Debat” intellektual oyunu haqqında tədbir iştirakçılarına geniş məlumat verdi, oyunun yaranma tarixindən, yaradıcısından, prinsiplərindən söhbət açdı.Oyunda rayonun 16 məktəbinin şagirdləri iştirak edəcək.Oyun 4 turdan ibarət olacaq və müxtəlif məktəblərdə keçiriləcək.Bu tədbirdə artıq oyunda iştirak edəcək qruplar müəyyənləşdi.Oyunun şərtləri ilə bağlı məktəbliləri maraqlandıran sualları oyunun sədri cavablandırdı.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər