Üç villalı məmur araşdırılacaqmı? - Daşkəsəndə
26-04-2016, 15:33
Oxunub: 2 890
Daşkəsənin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyevdan narazılıq var
Sakinlərin Vizual.az-a verdiyi məlumata görə, Nüsrət Vəliyev dövlət pullarını öz biznesinə sərf edir. Rayon sakinləri qeyd edir ki, N.Vəliyevə əlavə imtiyazlar verilib.
Bu imtiyazları icra başçısı Əhəd Abıyevin tərəfindən qazanıb. Onun sağ əli sayılan və rayondakı maxinasiyalarda xüsusi rolu olan Vəliyevin fəaliyyəti araşdırıla bilər. Sakinlərin sözlərinə görə, Hesablama Palatasının yoxlaması kifayət edir ki, onun nöqsanlarını aşkar etsinlər.
Belə ki, icra nümayəndəsi Bakı, Gəncə və Qazaxda villalar tikdirib. Daşkəsənin mərkəzində isə 3 mənzil alıb, saysız-hesabsız mülklərə sahiblənib. İcra nümayəndəsinin varidatı barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
Qeyd olunur ki, Daşkəsən problemlər girdabında boğulur, əhalinin sosial çətinlikləri həllini tapmır, abadlıq-quruculuq işləri aparılmır. Amma məmurlar şəxsi bizneslərini inkişaf etdirmək üçün can-başla fəaliyyətdədir.
Ümumiyyətlə, Daşkəsəndə məmur zülmü ərşə dirənib. Ucqar dağ bölgəsinin sakinləri rayon rəhbərliyinin özbaşınalıqlarından və əhaliyə qarşı qanunsuzluqlardan bezib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər