BolgeXeber.Com » Bölgə » 9 May Qələbə günü qeyd edildi - Cəlilabadda

9 May Qələbə günü qeyd edildi - Cəlilabadda

9-05-2016, 16:53
Oxunub: 3 245 9 May Qələbə günü qeyd edildi - CəlilabaddaÖzlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirən veteranlara hədiyyələr verildi daha sonra “Tut Bağı” şadlıq evində onlara bayram süfrəsi açıldı

9 May 2016-cı il taixdə Cəlilabad rayonunda II Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 71-cu ildönümü qeyd edildi. Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakmiyyətinin başçısı Əziz Əzizov, İcra Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdilər və Ana abidəsinin önünə gül dəstələri qoydular.

Bolgexeber.com xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müharibə veteranlarını təbrik etdi və onlara uğurlar arzuladı. O bildirdi ki, Azərbaycan da bu böyük Qələbənin əldə edilməsində əlindən gələni əsirgəməmiş, bu ağır müharibədə yüz minlərlə soydaşımız rəşadətlə döyüşmüşdür. 71 il əvvəl dünyanı faşizm dəhşətindən xilas edən və xalqlara azadlıq gətirən insanlar dərin minnətdarlığa və böyük hörmətə layiqdirlər. Biz müharibədə qəhrəmancasına həlak olaraq Qələbəni təmin etmiş insanların ruhu qarşısında baş əyirik. Daha sonra İcra başçısı Əzizi Əzizov ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, o cümlədən Cəlilabad rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənc nəslə öz ağsaqqal məsləhətini vermiş, bu gözəl qələbəni ən qısa zamanda Qarabağda qeyd etməyi arzuladıqlarını bildirmişlər. Özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirən veteranlara hədiyyələr verildi daha sonra “Tut Bağı” şadlıq evində onlara bayram süfrəsi açıldı.