BolgeXeber.Com » Bölgə » Bərdədə Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir- FOTO
Bərdədə Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir- FOTO
10-05-2016, 18:52
Oxunub: 3 388
Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Bərdə rayon Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 93-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. ədbirdən öncə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbərləri və fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri Bərdə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş məruzə etmiş, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs etmiş, ümummilli liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışmışdır.
Tədbirdə ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları İslam Əzimov, İradə Məmmədova, gənclər adından Qurban Məmmədov çıxış etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun bir qrup əmək adamına Fəxri-fərman təqdim edilmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin əzəli və əbədi lider olduğu Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 93-ci ildönümü ilə əlaqədar YAP rayon təşkilatının rayon Təhsil şöbəsi, rayon Gənclər və İdman İdarəsi, rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə keçirdiyi “Nə? Harada? Nə zaman?” intellektual bilik, mahnı, şer, bədii qiraət müsabiqələrinin qaliblərinə YAP rayon təşkilatının Diplom, Fəxri-fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes