BolgeXeber.Com » Bölgə » Sabirabadda kadr qalmaqalı

Sabirabadda kadr qalmaqalı

16-05-2016, 15:55
Oxunub: 9 757 Sabirabadda kadr qalmaqalıElxan Əsədovun Sabirabad 12 saylı Regional Hesablama Mərkəzinə müdir təyin edilməsində təhsil nazirliyinin şöbə müdiri Rauf Orucovla yanaşı, Prezident adminstrasiyasının Sabirabad rayonu üzrə kuratoru İbrahim Mustafayevin də xüsusi əməyi olub

RedaksiyamızaTəhsil Nazirliyinin 12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədovla bağlı ilginc məlumatlar daxil olub. Məlumat verən mənbə iddia edir ki, Sabirabad mərkəz olmaqla Təhsil Nazirliyinin 12 saylı Regional Hesablama Mərkəzinin müdiri Elxan Əsədov texnikom təhsillidir.

Verilən məlumatlara görə, Elxan Əsədov ilk əvvəl Mərkəzi xəstəxanada işləyib və burada işinin öhbəsindən gələ bilmədiyi üçün qovulub. Burdan qovulduqdan sonra texnikom təhsiliylə mədəniyyət şöbəsinin baş mühasibi işləyib. Qeyd edək ki, 4 il əvvəl Mədəniyyət şöbələri aparatınin işçilərinə dövlət qulluğu statusu verilmiş və şöbənin baş mühasibinin ali təhsili olması tələb edilmişdir. Mənbə iddia edir ki, Prezidentin bu sərəncamından dolayı işini itirə biləcəyi təhlükəsiylə üzləşən E. Əsədov üz tutur Rusiyaya və rusiya məktəblərinin birindən özünə ali təhsil diplomu alır. Və bu gün də bu diplomla regional idarə rəisi işləyir.

Keçən il isə Elxan Əsədov Sabirabadda 12 saylı Regional Hesablama Mərkəzinə müdir təyin edilib. Sabirabadın icra başçısı Nazim İsmayılov E. Əsədovun müdir olması üçün təhsil nazirliyinə təqdimat verərək əvəzolunmaz kadr olduğunu bildirib. Yeri gəlmişkən qeyd edək ki, Elxan Əsədovun 65 yaşı var. Bu da o deməkdir ki, o vəzifəyə gətirilməli yox, vəzifədən göndərilməli yaş həddinin içindədir.

Digər məlumat isə Elxan Əsədovun qızı Könül xanımla bağlıdır. Belə ki, mənbə bildirilir ki, Elxan Əsədovun qızı Könül xanım rayonun ən böyük məktəbi Nizami Gəncəvi adına 5 saylı orta məktəbə direktor təyin olunması üzrədir. 5 ay Nızami Gəncəvi adına məktəbdə yarım ştatlı, kollektiv arasında qisasçı, nevroz bir adam kimi xarakteriza olunan bu xanımın YAP-ın üzvü olub olmaması belə unudulub. Qeyd olunur ki, bu ailə qəti müxalifətçidirlər. Bütün bunlar bir yana, sən demə Elxan Əsədov və ailə üzvləri qəti müxalifətçi imişlər.

Mənbə iddia edir ki, Elxan Əsədovun Sabirabad 12 saylı Regional Hesablama Mərkəzinə müdir təyin edilməsində təhsil nazirliyinin şöbə müdiri Rauf Orucovla yanaşı, Prezident adminstrasiyasının Sabirabad rayonu üzrə kuratoru İbrahim Mustafayevin də xüsusi əməyi olub. Adı çəkilən şəxslərin köməyi ilə 64 yaşlı Elxan Əsədov regionala müdir təyin edilib. Bütün bunlarla bağlı 24saat.org-u məlumatlandıran mənbə bildirir: " Təhsil nazirliyində Əhməd Ramazanovun regional təhsil idarəsinin müdir olması barədə hələ ki, fikirləşirlər. Elxan isə bu ilin yanvar ayından Sabirabad 12 saylı regional hesablama mərkəznə müdir təyin olunub. Demə bu ədalətsizliklərdə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, təhsil nazirliyinin şöbə müdiri Rauf Orucovla yanaşı, Əhmədin yaxın dostu, həmişə onun "Prado”sunda Sabirabadı ələk-vələk edən Prezident adminstrasiyasının Sabirabad rayonu üzrə kuratoru İbrahim Mustafayevin də xüsusi "əməyi” var. Ən dəhşətlisi odur ki, təqaüdçü və saxta diplomlu birisinə bu qədər qayğı göstərilir. Təhsil nazirliyi işdən getmələri üçün 64 yaşlı müəllimləri belə gözümçıxdıya salır. Bəs niyə 65 yaşlı, saxta dplomu ilə dövlətə kələk gələn təqaüdçü Elxana gözün üstə qaşın var deyən yoxdu? Onu da demək yerinə düşər ki, saxta təhsil sənədlərini aşkara çıxarmaq üçün nazirlikdə Kənan Quliyevin müdir olduğu daxili nəzarət şöbəsi də fəaliyyət göstərir. Görün Əhməd Ramazanovun əli nə qədər "uzundur” ki, Prezident adminstrasiyasının işçisi İbrahim Mustafayevdən tutmuş, əslən sabirabadlı təhsil nazirliyinin şöbə müdiri Rauf Orucov, rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov bu yarıtmaz kadrlara himayədarlıq edirlər”.(24saat.org)