BolgeXeber.Com » Bölgə » Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər-FOTOLAR

Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər-FOTOLAR

31-05-2016, 16:32
Oxunub: 3 979 Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər-FOTOLARVasif Abdullayev: «Bu qəbirsanlıqda qəbir üstü xaçlar sındırılıb, qəbirlərin ətrafında olan məhəccərlər sökülərək götürülüb»

Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər. Bu barədə JAM.AZ-a rayon sakini Vasif Abdullayev məlumat verib.
O bildirib ki, vəziyyət uzunmüddətdir belədir və müvafiq dövlət qurumları problemi aradan qaldırmaq əvəzinə, hər şeyə göz yumurlar.
O qeyd edib ki, son dövrlər isə xristian qəbristanlığındakı qəbirlərin arasında zibil quyuları da qazmağa başlayıblar. Bəzi qəbirlərin üzərindəki xaçlar isə sındırılıb. «Bu qəbirsanlıqda qəbir üstü xaçlar sındırılıb, qəbirlərin ətrafında olan məhəccərlər sökülərək götürülüb».
Göndərdiyi yazılı açıqlamasında Vasif Abdullayev bildirir ki, Ucar rayonunda multikultural dəyərlər mövzusunda davamlı olaraq keçirilən görüşlər əsasən reklam xarakteri daşıyır və yuxarılara hesabat vermək məqsədi güdür. «Ucar rayonunda idarə və bələdiyyələrdə işləyən fəhlələri, hətta yaşlı qocaları toplamaqla kolxoz iclaslarına bənzər iclas keçirib beş on foto çəkməklə iş gördüklərini zənn edirlər. Hətta iş o yerə çatıb ki, bu kolxoz iclaslarının birində yaşlı mollaları yığaraq fotolar çəkilib və sonrada bəzi KİV lərdə xəbər yayımlanıb ki, bəs, rayonda gənclərin iştirakı ilə multikultural dəyərlər mövzusunda görüş keçirilib. Elə həmin görüşdəndə çəkilən fotolarda qoca babaları gənc kimi təqdim etməkdən belə utanmayıblar».
Vasif Abdullayev deyir ki, bu maarifləndirmə tədbirləri düzgün aparılsaydı, Ucardakı xristian qəbristanlığı zibilxanaya çevrilməzdi. «Bütün bunları isə qəbirsanlığın yerləşdiyi Ərazi İcra Nümayəndəliyi görür, lakin heç bir reaksiya vermir. Kimə metal məhəccər lazım olursa, xaçpərəst qəbirsanığına gedir ki, oradan söküb götürsün».
Qeyd edək ki, Ucar sakini qəbristanlıqdakı vəziyyətlə bağlı bizə fotolar da göndərib. Onları oxuculara təqdim edirik. Məsələ ilə bağlı Ucarın müvafiq dövlət qurumlarının da mövqeyini öyrənməyə çalışırıq.
Bolgexeber.com
Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər-FOTOLAR
Ucarda xristian qəbristanlığını zibilxanaya çeviriblər-FOTOLAR