BolgeXeber.Com » Bölgə » Qazax İcra Hakimiyyətində əslində nə baş verir?

Qazax İcra Hakimiyyətində əslində nə baş verir?

6-06-2016, 16:38
Oxunub: 4 429  Qazax İcra Hakimiyyətində əslində nə baş verir? Bir müddət əvvəl bəzi media orqanlarında Qazax Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyevin fəaliyyətində qanunazidd məqamların müşahidə olunması ilə bağlı açıqlamalar yayılıb

DİA.AZ-a daxil olan məlumata görə rayonda baş verən bir sıra qanun pozuntuları məhz M.Alıyevin adı ilə əlaqələndirilib. Şikayət edən bir qrup şəxs bildirib ki, Qazaxda Qəzənfər oğulları kimi tanınan Fəzail və Fazil qardaşları Ağstafa çayının sahilini qeyri-qanuni olaraq zəbt ediblər. Onların sözlərinə görə, qardaşlar çay kənarının düz beş metrliyində böyük bir otel-restoran kompleksi tikdiriblər. Bu azmış kimi, kompleksin qarşısında süni göl yaradıblar.

Bunu isə, restoranın qarşısında cəlbedici mənzərə yaratmaq, həm də burada balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə ediblər. Sakinlər iddia edib ki, Fəzail və Fazil qardaşları rayonun rəhbərliyindən bu işlərə razılıq almaq məqsədilə RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyevə müəyyən məbləğdə pul təklif ediblər. Şikayətdən sonra Qazax RİH rəhbərliyi ilə məsələ araşdırılmağa başlanılıb. Aparılan dəqiq və obyektiv araşdırma nəticəsində şikayətin tamamilə əsassız olduğu və böhtan xarakteri daşıdığı müəyyən olunub. Belə ki, bəhs edilən Ağstafa çayının sahilləri uzun müddət yararsız vəziyyətdə qalıb, çayın ətrafı zir-zibil içində olub. Rayon rəhbərliyi də çay ətrafı bölgələri abadlaşdırmaq məqsədi ilə orada müəyyən tikinti işlərinin aparılmasına razılıq verib. Amma bu işin icrasında iddia edildiyi kimi RİH-nin adıçəkilən əməkdaşına heç bir pul təklif olunmayıb. Deyilənlərin hamısı sadəcə bir fərziyyədir.