BolgeXeber.Com » Bölgə » Cəlilabadda 1 saylı kitabxana filialı əsaslı təmirdən sonra oxucuların istifadəsinə verilmişdir-FOTO
Cəlilabadda 1 saylı kitabxana filialı əsaslı təmirdən sonra oxucuların istifadəsinə verilmişdir-FOTO
29-06-2016, 13:10
Oxunub: 3 589
RİH başçısı Əziz Əzizov ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb
28 iyun 2016-cı il tarixdə Cəlilabad şəhər 1 saylı kitabxana filialı tam şəkildə əsaslı təmir və yenidənqurma işlərindən sonra oxucuların istifadəsinə verilmişdir.Bununla yanaşı kitabxanaya yeni oxucuların cəlb olunması və oxucuların səmərəli kitab oxumasını təmin etmək məqsədi ilə oxuculara pulsuz xidmət göstərən “Bookcafe” də istifadəyə verilmişdir.Kitabxana binasının istifadəyə verilmə mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,rayonun hüquq-mühafizə orqanalarının,idarə və müəssisələrin rəhbərləri,oxucular,rayonumuzun ziyalıları iştirak etmişdir.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Azərbaycan dövlətinin mədəni sahəyə diqqət və qayğısı sayəsində bu gün xalqımıza məxsus milli mənəvi dəyərlər bütün dünyada təbliğ edilir. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə respublikamızda mədəniyyət məktəbləri, mədəniyyət ocaqları əsaslı təmir olunaraq istifadəyə verilir. Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə bu günlərdə Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar xalqımızın uğuru, böyük mədəniyyəti və gələcək inkişafı deməkdir. Artıq bu sərvətlər bəşəri sərvətlərə çevrilib. RİH başçısı Əziz Əzizov ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes