Gədəbəydə sürüşmə: gediş-gəliş kəsildi - Foto
30-08-2016, 11:47
Oxunub: 3 368
Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi baş verib
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev Trend-ə bildirirb ki, kənd ərazisində torpaq sürüşməsi iyun ayından başlayıb:
"Son vaxtlar sürüşmə daha da fəallaşıb. Nəticədə Hacılar kəndinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi kəsilib. Hadisə nəticəsində kəndin 5 hektardan çox biçənək və kartof əkin sahəsi yararsız hala düşüb. Sürüşmə kəndin ərazisində 10 yerdə baş verib. Amma Hacılar kənd dairəsinin Əyridərə kəndi ərazisində baş verən sürüşmə nəticəsində daha böyük çökmə baş verib. Çaykənarı deyilən ərazidəki bəzi evlərdə çatlar əmələ gəlib. Bundan başqa, kəndin yeganə avtomobil yolunun 200 metrdən çox hissəsi çöküb. Hazırda əhalinin gediş-gəlişi dayanıb. Əhali nəinki avtomobil yolu ilə, piyada yolu ilə də hərəkət edə bilmir. Çökmənin eni 30 metr, dərinliyi 5 metr, uzunluğu 50 metrdir".
N.Paşayev bildirib ki, adıçəkilən kənd Ermənistanla sərhədin 1 kilometrliyində yerləşir: "Hazırda həmin ərazidən gəlirəm. Əhali çox əziyyət çəkir. Bu barədə rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm".
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər