BolgeXeber.Com » Bölgə » Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTO

Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTO

13-10-2016, 13:11
Oxunub: 14 555 Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTODövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir

Bolgexeber.com xəbər verir ki,13 oktyabr 2016-cı il tarixdə rayonun 1100-dən çox əhalisi olan Hamarqışlaq kəndinə də mavi yanacaq verilib.184 abonenti olan kənddə 13843 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib.184 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 48 yaşayış məntəqəsi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.RİH başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərov kənd sakinlərini təbrik etdi, göstərdiyi qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığını bildirdi.Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov əlamətdar hadisə münasibətilə təbriklərini çatdırdı.Çıxış edən kənd sakinləri 18 oktyabr Dövlət Müstəqillik Günü bayramı ərəfəsində kənddə təbii qazın verilməsinin bayram hədiyyəsi olduğunu söyləyib və göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırdı.
Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTO
Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTO
Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTO
Cəlilabad rayonunun Hamarqışlaq kəndinə də mavi yanacaq verildi-FOTO