Sabirabaddakı işıq dirəkləri çatladı
27-11-2012, 11:30
Oxunub: 5 165
4300 avroluq dirəklər istifadəyə yararsız vəziyyətə düşüb, İcra Hakimiyyəti isə pul silmək üçün imkan əldə edib
Sabirabad rayonunda bu yaxınlarda küçələrə quraşdırılmış elektrik dirəkləri sıradan çıxmağa başlayıb. Tia.az saytına rayon sakinləri məlumat verir ki, dəyəri 4300 avro olan bu dirəklərin çatladığı artıq hamı tərəfindən müşahidə olunur.
Dirəklərin iki ay bundan əvvəl quraşdırıldığını deyən yerli sakinlər bildirirlər ki, həmin qiymət şişirdilmişdir və qeyd olunan vasitələr də keyfiyyətsizdir. Əks təqdirdə, onların durduqları yerdə çatlaması mümkün olmazdı.
Bu əsnada o da məlum olub ki, Sabirabad rayon İcra Hakimiyyəti məsələdən xəbər tutduqdan sonra dirəkləri dəyişdirməyə çalışır. Bununla bağlı artıq yeni smetanın hazırlandığı deyilir. Məlumatda vurğulanır ki, bu dəfə də şişirdilmiş qiymətlərdən yararlanacaq icra başçısı yeni qazanc mənbəyi tapıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər