BolgeXeber.Com » Bölgə » Şirvanda marifləndirici tədbir keçirilib

Şirvanda marifləndirici tədbir keçirilib

14-03-2023, 14:17
Oxunub: 1 968

Bolgə.TV xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 11 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.


Görüşdə çıxış edən ŞPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Kəmaləddin Məmmədov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O, bildirib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunur. Siz gənclər isə belə hallardan uzaq durmalı, parlaq gələcəyiniz üçün bütün bilik və bacarıqlarınızı təhsilinizə yönəltməlisiniz.


Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.