BolgeXeber.Com » Bölgə » “AzerGold” QSC tərəfindən Daşkəsəndə uşaqlar üçün növbəti “Kitab sovqatı” aksiyası keçirilib
“AzerGold” QSC tərəfindən Daşkəsəndə uşaqlar üçün növbəti “Kitab sovqatı” aksiyası keçirilib
2-06-2023, 10:38
Oxunub: 760
Bolgə.TV xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daşkəsən rayonunda növbəti “Kitab sovqatı” aksiyası keçirilib.
Uşaqlarda erkən yaşlardan mütaliə mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə icra olunan layihə çərçivəsində “Çovdar” qızıl mədəni ətrafında yerləşən Çovdar, Quşçu, Bayan kəndləri və Şadax yaşayış məntəqəsinin azyaşlı sakinlərinə 3 yaş qrupu üzrə Azərbaycan dilində, nəfis tərtibatda çap edilmiş illüstrasiyalı kitablar hədiyyə edilib.
Belə ki, 3-5 yaş qrupu üzrə nəzərdə tutulan “Mənim bir günüm” adlı kitab uşaqlara gündəlik həyatlarını daha səmərəli təşkil etmələrini təlqin edir. 6-8 yaş qrupu üzrə uşaqlar üçün tərtib olunan “Yerdən yurda” adlı kitabda coğrafi biliklər aşılanır, həm dünya, həm də ölkəmiz, o cümlədən qədim tarixə, füsunkar təbiətə və zəngin faydalı qazıntı yataqlarına malik Daşkəsən rayonu barədə məlumatlar təqdim edilir. 9-11 yaş qrupu üzrə uşaqlar üçün nəzərdə tutulan “Qızıl axtarışında” adlı kitabda isə uşaqlara nağıl dili ilə əlvan və qara metallar, mədənlərdəki iş prosesi və əsas mədənçilik peşələrindən bəhs edilir.
Qeyd edək ki, azyaşlılar tərəfindən böyük maraqla qarşılanan “Kitab sovqatı” aksiyası “AzerGold” QSC tərəfindən ilk dəfə 2020-ci ildə təşkil edilmişdi. Builki aksiya çərçivəsində xüsusi olaraq Daşkəsənin azyaşlı sakinləri üçün çap edilmiş müəllif kitabları rayon ərazisində fəaliyyət göstərən bir neçə baxça və ümumtəhsil müəssisəsinə də təqdim edilib.
Xatırladaq ki, dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” QSC ölkəmizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyətin korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biri də təhsilin inkişafı ilə bağlıdır. QSC bu sahədə dövlət tərəfindən həyata keçirilən siyasətə əlavə töhfələr vermək məqsədilə mütəmadi sosial layihələr icra edir. Bu sırada Heydər Əliyev Fondu ilə əməkdaşlıq şəraitində Səlmixan İsgəndərov adına Quşçu qəsəbə tam orta məktəbinin yeni modul tipli binasının inşası, ucqar kənd məktəblərinin şagirdlərin zəruri dərs ləvazimatları, İT avadanlıqları, internet şəbəkəsi ilə təminatı və digər layihələri qeyd etmək olar.
Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər