Sumqayıtda 40 uşaq yoxa çıxıb?
4-05-2012, 12:55
Oxunub: 4 486
Daha bir senssasiyalı məlumat yayıldı
Sumqayıtda orqan mafiyasının tüğyan etdiyi, uşaqları oğurlayıb, daxili orqanlarını çıxararaq satdığı barədə bir müddətdir məlumat yayılır. Bu gün sosial şəbəkələrdə yayılmış növbəti məlumat isə olduqca senssasiya xarakterlidir.
Bolgexeber.com xəbər verir ki, həmin məlumatda son günlər ərzində 40-a yaxın uşağın Sumqayıtda yoxa çıxdığı vurğulanır. Məlumatı yayan şəxs iddia edir ki, indiyə qədər həmin oğurlanmış uşaqların bəzilərinin meyti tapılıb. Digərlərinin taleyindən isə xəbər yoxdur.
Məlumatda o da vurğulanır ki, şəhər polisinin bu məsələdə susmasının əsas səbəbi Eurovizion» müsabiqəsi ərəfəsində ört-basdır etməsi ilə əlaqələndirilir. Hətta bəzi iddialar da var ki, orqan mafiyasının kimlərdən təşkil olunduğu hüquq mühafizə orqanlarına məlum olsa da, onlarla bağlı yarışdan sonra tədbir görüləcək.
Qeyd edək ki, bu məlumatların nə qədər səhih olduğu məlum deyil. Düzdür, Sumqayıtdan son günlər həyacanlı xəbərlər gəlir. Hətta şəhərdə itkin düşmüş uşaqların şəkillərinin divara yapışdırıldığına dair də məlumatlar var. Ancaq hələlik bu məlumatları təsdiq edən hər hansı bir fakt ortalıqda yoxdur. Lakin yenə də bu məlumatları gözardı etmək də mümkün deyil.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər