BolgeXeber.Com » Sosial » Tanışlıq saytından tapdığı 13 yaşlı qızın başına nələr gətirdi - TƏFƏRRÜAT

Tanışlıq saytından tapdığı 13 yaşlı qızın başına nələr gətirdi - TƏFƏRRÜAT

23-08-2012, 03:40
Oxunub: 12 010 İnternetdə başlayan tanışlıq 15 il həbs cəzası ilə nəticələndi


Ucar rayon sakini 28 yaşlı E. B. ötən ilin fevral ayında Oğuz rayon sakini, 13 yaşlı Ə. B. ilə tanışlıq saytlarından birində tanış olublar. E. B. əvvəllər bir dəfə də görmədiyi bu qızla virtual münasibət qurub.

E. B. aprel ayında bibisinin yаşаdığı Oğuz şəhəri, Q.Ağakişiyev küçəsi, 5 №-li ünvanda yerləşən evinə qonaq gəlib. O, bibisının evində qonaq olduğu zaman həmin qızla görüş təyin edib. Görüş zamanı qızı bibisinin evinə gətirib və orada qızla cinsi əlaqədə olub. O, qızla cinsi əlaqədə olandan bir gün sonra isə Bakı şəhərinə qayıdıb.

E. B. bir neçə gündən sonra eyni məqsədlə Bakı şəhərindən bibisinin evinə gəlib, həmin gün nаhаr fаsiləsindən sonrа Ə. B.-ni şəhəri gəzmək adı ilə аldаdıb, Oğuz şəhərinin yuxarı hissəsində yerləşən meşə sаhəsinə apararaq orada onu zorlayıb. 6 aydan sonra bərk ağrıları olan qızını xəstəxanaya aparan ana 13 yaşlı qızının hamilə olduğunu öyrənib.

E. B. məsələdən xəbər tutandan sonra Ə. B. ilə evlənmək barədə razılıq əldə edib və qızı Bakı şəhərinə gətirib. Ə. B. azyaşlı olmasına görə, xəstəxanaya aparılmayıb.

Buna görə də Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki evin həyətində ağrıdan uşağı salıb. E. B. uşağı sellofan torbaya qoyaraq aparıb basdırıb. Uşaq düşəndən sonra Ə.B.-nin anası polisə şikayət edib. Onun şikayəti əsasında E. B. həbs edilib.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə E. B. 15 il müddətinə azadlıqdan məhrum edilib. (Publlika.Az)