BolgeXeber.Com » Sosial » Prezident Anar Məmmədxanovun hüzründə olub

Prezident Anar Məmmədxanovun hüzründə olub

25-04-2011, 13:20
Oxunub: 6 931
Dövlət başçısı İlham Əliyev, iki gün öncə gözlənilmədən ürəktutmasından vəfat edən sabiq millət vəkili Anar Məmmədxanovun hüzr yerinə gəlib və mərhumun ailəsinə başsağlığı verib.

Bu barədə Elnur Baimovun sosial şəbəkədəki səhifəsində qeyd olunub.Qeyd edək ki, İlham Əliyev və "Bakılı oğlanlar" şən və hazırcavablar komandasının kapitanı Anar Məmmədxanov dost olublar. İlham Əliyevin ARDNŞ vitse-prezidenti və Milli Məclisin deputatı olduğu vaxtlarda onlar uzun müddət parlamentdə yanaşı oturur, iclas salonuna eyni vaxta gəlib, bərabər çıxırdılar. İ.Əliyev prezident seçiləndən sonra isə deputat dostların proqramları və dostlar dairəsi dəyişdi.
Ona görə də bir çoxları İlham Əliyevin köhnə dostunun yas mərasiminə baş çəkib-çəkməyəcəyi ilə maraqlanırdılar. Belə məlum olur ki, prezident aramızdan vaxtsız getmiş Anar Məmmədxanovun xatirəsini əziz tutmağı özünə borc bilib.