BolgeXeber.Com » Sosial » Səlim Müslümov həbs olunub? - Atası danışdı

Səlim Müslümov həbs olunub? - Atası danışdı

3-02-2021, 14:25
Oxunub: 4 004 Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.