"Kim evdən çıxıbsa, axşam 6-ya kimi..." - XƏBƏRDARLIQ
24-02-2021, 16:30
Oxunub: 3 818
"Qar yağmaqda davam edir, proqnozlara əsasən sabah günün birinci yarısınadək davam edəcək. Yəqin ki, axşama doğru şaxta da sərtləşə bilər".
Bolgexeber.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ekspert bildirib ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq:
"Belə şəraitdə küçə və yollarda qar-buz getdikcə artacaq. Onsuz da kommunal xidmətlər bütün küçələri təmizləməyi, hər yerə duz və ya qum səpməyi bacarmırlar. Bunu etdikləri küçələrdə də hər saat yeni qar yağır, qumun üstü yenidən qarla örtülür, duzun əritdiyi buzu yenisi əvəz edir. Qısası, yəqin ki, axşama doğru küçə və yollarda qar-buz artacaq. Ona görə də çox diqqətli olun, avtomobiliniz belə şərait üçün hazır deyilsə, özünüzün uyğun təcrübəniz yoxdursa, küçəyə çıxmayın. Kim çıxıbsa da, axşama qədər (18:00-dək) mənzil başına qayıtmağa çalışsın. Ehtimal etmək olar ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə