BolgeXeber.Com » Sosial » Viza almaq istəyənlərin NƏZƏRİNƏ

Viza almaq istəyənlərin NƏZƏRİNƏ

30-05-2025, 15:27
Oxunub: 1 160
ABŞ vizası almaq istəyənlər üçün yeni dövr başlayır.

Bolgə.tv xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyindən Türkiyə mediasına açıqlama verilib.
Bildirilib ki, bu gündən etibarən ABŞ vizası üçün müraciətlər “ustraveldocs.com” vasitəsilə ediləcək. Qeyd olunub ki, bu yeni platforma müraciət prosesini daha sürətli, asan və əlçatan etməyi vəd edir:
“Platformada viza müraciəti məlumatı, rezervasiya cədvəli və dəyişikliklər, rüsum ödənişləri, sənədlərin çatdırılması xidmətləri həyata keçiriləcək. Yeni sistemdə qeydiyyatdan keçənlər viza müraciətindən ən azı 2 gün əvvəl “ustraveldocs.com” saytında profil yaratsın. Köhnə sistem istifadəçiləri isə yeni platformada köhnə istifadəçi təlimatlarına əməl etsinlər”.