BolgeXeber.Com » İdman » Hacıbala Abutalıbov FİFA hakiminin balkonunu sökdürdü

Hacıbala Abutalıbov FİFA hakiminin balkonunu sökdürdü

27-12-2014, 13:10
Oxunub: 7 616 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov metronun "Xətai" stansiyası yaxınlığındakı binalardan artırma balkonların sökülməsinə göstəriş verib.

Sportnet.az xəbər verir ki, söküntü işləri Respublika Perinatal Mərkəzinə (Doğum evi) bitişik binalarda aparılır. Plana düşən balkonlar arasında futbol üzrə yeni beynəlxalq dərəcəli baş hakim Orxan Məmmədovun mənzilinə məxsus olanı da var. Merin şəxsən göstərişi ilə aparılan söküntü işlərini mənzil sahiblərinin özlərinin yerinə yetirməsi istənilib. Bu isə mənzil sahiblərinin xüsusi texnikadan istifadə etmədən işləri görməsinə səbəb olub.

Bu proses bir neçə gündür davam edir.
Bolgexeber.com