BolgeXeber.Com » İdman » Millimiz Norveçdən xalla dönür

Millimiz Norveçdən xalla dönür

13-06-2015, 09:30
Oxunub: 3 751 Millimiz Norveçdən xalla dönürBu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib

H qrupunda yer alan yığmamız Norveç millisinin qonağı olub.

Bu tsikldə 3-cü səfər matçına çıxacaq millimiz ümumilikdə 6-cı oyununu keçirib. Əvvəlki iki səfər qarşılaşması komandamız üçün uğursuz nəticələnmişdi.

O vaxt Berti Foqtsun çalışdırdığı millimiz Xorvatiyadan 0:6, İtaliyadan isə 1:2 hesablı məğlubiyyətlə dönmüşdü.

Komandamızın baş məşqçisi Robert Prosineçki üçün isə bu, ilk səfər görüşü olub. Xorvat mütəxəssis ümumilikdə 3-cü dəfə əsas komandamızı oyuna çıxarıb Əvvəlki iki oyunun biri rəsmi (Malta ilə Bakıda 2:0), digəri isə hazırlıq matçı (Serbiya ilə Avstriyada 1:4) olub.

Bu, həm də skandinaviyalılarla cari mərhələdə ikinci görüşümüz olub. İlk oyunda Bakıda rəqibə 0:1 hesabı ilə yenilən millimiz revanş arzusunda idi.

Norveçlə əvvəlki qarşılaşmalarda millinin nəticələri o qədər də ürəkaçan deyildi. DÇ-1998-in seçmə mərhələsində də evdə tək qola üzülmüşdük. Ancaq o vaxtkı səfər qarşılaşması bizim üçün daha acınacaqlı olmuşdu – 0:5.

Bu dəfə isə hər şey gözləniləndən daha yaxşı bitib. Səfərdə Norveç millisi ilə başabaş oyun göstərən Robert Prosineçkinin yetirmələri oyunu bərabərliklə başa vurub.

Bu nəticə ilə milli komandamız cari tsikldə səfərdə ilk xalını qazanıb.
- See more at: http://axar.az/news/55151#sthash.xDAMCNmI.dpuf