BolgeXeber.Com » İdman » Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi – VİDEO
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi – VİDEO
6-04-2017, 09:11
Oxunub: 3 295Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir
Günün ilk qarşılaşmasında “Qəbələ” klubu doğma meydanda “İnter”i qəbul edib.
İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri bu dəfə də inamlı təsir bağışlayıblar. Matç Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Daniel Subotiç və Baqali Dabo, müvafiq olaraq, 12 və 33-cü dəqiqələrdə fərqləniblər.
Digər yarımfinal matçında “Qarabağ” və “Neftçi” komandaları qarşılşacaq.