Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"
13-07-2020, 16:25
Oxunub: 2 096
"Təklif ciddi olduğu üçün buranı seçdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu".
"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Derbyderbyderby" nəşrinə açıqlamasında deyib.
64 yaşlı mütəxəssis gələcək barədə düşüncəsi olan və futbol baxımından böyüyən ölkəyə getdiyini bildirib. İtaliyalı baş məşqçi AFFA ilə ilk təmasının fevralda olduğunu xatırladıb: "Sonra pandemiya başladı və hər şey dayandı. İndi yenidən rahat nəfəs ala bildik və razılıq əldə etdik. Müqavilənin müddəti 1.5 illikdir - 2021-ci ilin sonuna qədər. Avqustun əvvəlində orada olacağam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çox istəyərdim. Amma koronavirus hamımızı dayanmağa məcbur etdi. Sentyabrın 5-də Millətlər Liqasının C Liqasında ilk oyunumuzu Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var".
De Byazi Bakı haqqında da danışıb. O, paytaxtın çox gözəl şəhər olduğunu və bir neçə dəfə buraya gəldiyini sözlərinə əlavə edib: "Buranın gözəlliyi məni səssiz qoyub. Şəhər böyük, aktiv və dinamikdir. 2 milyon əhalisi var və Xəzər dənizinin sahilində yerləşir. Bakıda orta əsr divarları arasında gəzərkən gözəllik tapa bilərsiniz, bu, həqiqətən cazibədardır".
İtaliyalı mütəxəssis çox vaxt Bakıda olacağını söyləyib: "Albaniyada olduğu kimi edə bilmərəm. Tiranadan İtaliyaya çox asanlıqla köçdüm. Bakı ilə münasibətlər daha mürəkkəbdir. İstanbula, oradan da Bakıya getmək lazımdır".
Baş məşqçi son olaraq yığmadakı hədəflərdən söz açıb: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldur. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq".
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm