BolgeXeber.Com » İdman » Azərbaycanlı veteran cudoçu intihar etdi

Azərbaycanlı veteran cudoçu intihar etdi

10-06-2013, 08:50
Oxunub: 5 542 Tanınmış cudoçu Əhəd Rəcəbli yaşadığı evdə özünü asıb. İdmançının Sumqayıtda yaşadığı evdə meyiti tapılıb.
İdmançının niyə intihar etdiyi barədə dəqiq informasiya yoxdur. Veteran idmançının son zamanlar depressiyada olduğu ehtimal olunur. Dostları onun psixoloji vəziyyətinin qaydasında olmadığını bildiriblər.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb. Araşdırma aparılır.