BolgeXeber.Com » İdman » Tərtərdə ilk dəfə "Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na start verilib

Tərtərdə ilk dəfə "Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na start verilib

6-06-2022, 10:06
Oxunub: 4 520 İyunun 4-də Tərtər Olimpiya İdman Kompleksində start götürən yarış iki gün davam edəcəkdir.
Yarışın açılış mərasimində iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək idmançıları salamlamış, onlara uğurlar arzulamışlar. Natiqlər ökəmizdə idmana göstərilən dövlət qayğısından ətraflı danışıb, idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişlər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin hazırda ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.