BolgeXeber.Com » İdman » Çempionlar Liqası üçün təhlükə

Çempionlar Liqası üçün təhlükə

9-04-2024, 12:03
Oxunub: 1 528
İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir.

Bolgə.TV-nin xəbərinə görə, bu barədə "Marca" nəşri yazır.
Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə qərar veriləcək.
Qeyd edək ki, aprelin 9-da Londonun "Arsenal"ı "Bayern", "Real" isə "Mançester Siti" ilə qarşılaşacaq.
Aprelin 10-da isə Parisin PSJ klubu Kataloniya "Barselona"sı ilə, "Atletiko Madrid" isə Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.
Çempionlar Liqasının hazırkı qalibi ötən mövsüm "İnter"i məğlub edən "Mançester Siti"dir.