BolgeXeber.Com » İdman » "Real"dan daha bir qələbə

"Real"dan daha bir qələbə

18-04-2024, 08:28
Oxunub: 1 104
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Bolgə.TV xəbər verir ki, “Mançetser Siti” İspaniya nəhəngi “Real”ı qəbul edib. Matçın əsas və əlavə vaxtı 1-1 hesabı ilə yekunlaşıb. İki görüşün nəticəsində də 4-4 bərabərlik qeydə alındığı üçün penalti vuruşlarına müraciət olunub. Burada daha dəqiq olan (3-4) "Real" yarımfinala yüksəlib.
“Bavariya” - “Arsenal” matçında meydan sahibləri 1-0 hesabı ilə qalib gəlib. İki görüşün nəticəsinə əsasən, 3-2 qalib gələn almanlar növbəti raunda yüksəlib.
Qeyd edək ki, bu "Bavariya" yarımfinalda "Real Madrid"lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Mançester Siti” (İngiltərə) 1-1 “Real” (İspaniya) Penalti zərbələri: 3-4
Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester, “Etihad” stadionu.
İlk oyun – 3:3.
23:00. “Bavariya” (Almaniya) 1 - 0 “Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Niderland).
Münhen, “Alyans Arena”.
İlk oyun – 2:2