BolgeXeber.Com » İdman » Mövsümün qalibi bu gecə bəlli olacaq

Mövsümün qalibi bu gecə bəlli olacaq

31-05-2025, 09:55
Oxunub: 1 312
UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək.
Bolgə.tv xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər.
Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FİFA referisi İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb. Turnirin son qalibi də məhz Kral klubu olub.
Əlavə edək ki, turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldudur (141)