BolgeXeber.Com » İdman » "Neftçi" yeni transferini edib

"Neftçi" yeni transferini edib

5-06-2025, 12:59
Oxunub: 2 296
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda Bakı təmsilçisinə keçib. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
Xatırladaq ki, Sessi D Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, orada möhkəmlənə bilməyib.